“iPhone 14”ün ekranında problem yarandı - “Apple”dan açıqlama

“iPhone 14”ün ekranında problem yarandı - “Apple”dan açıqlama backend

“Apple” sentyabr ayında təqdim etdiyi “iPhone 14” seriyası satışlarda şirkətin üzünü güldürsə də, daha sonra ortaya bəzi problemlər çıxıb.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, “Apple”ın ən iddialı və bahalı modellərindən olan “iPhone 14 Pro” istifadəçiləri hazırda yeni problemlə üzləşiblər.

Android telefonlarında tez-tez yaşanan yaşıl və üfüqi xətt problemi qısa müddət ərzində "iPhone 14 Pro" modellərində də müşahidə edilib. Belə ki, həm "iPhone 14 Pro", həm də "iPhone 14 Pro Max" istifadəçiləri telefonu açdıqda ekranda yanıb-sönən yaşıl xətlərin olduğunu bildiriblər.

“Apple” məsələ ilə bağlı açıqlama yayınlayıb. Şirkət açıqlamasında bu cizgilərin displey drayverlərindəki problemə görə meydana gəldiyini və aradan qaldırılması üçün yenilənmə üzərində işlədiklərini qeyd edib.

Qeyd edək ki, daha əvvəl “iPhone 14 Pro” modellərində kamera problemi yaşanıb və yenilənmə ilə məsələ həllini tapıb.

QAZİLER.AZ

Diaspora