Xallı adamlar daha uzunömürlü olur?"

Xallı adamlar daha uzunömürlü olur?" backend

Bədənində 100-dən çox doğum ləkəsi olan insanların sümükləri daha möhkəm olur.

Belə adamlarda həmçinin daha az qırışlar olur, bu da onları öz yaşlarından orta hesabla yeddi il daha gənc göstərir.

Qaziler.az bildirir ki, bu barədə "The Telegraph" yazıb.

Digər üstünlüklər inkişaf etmiş əzələlər, sağlam gözlər və ürəkdir. Bütün bunlar, mütəxəssislərin fikrincə, günəşin təsiri altında xalların degenerasiyası nəticəsində baş verə biləcək dəri xərçənginin inkişaf riskini üstələyir.

Genetik Tim Spector deyib: “Son vaxtlara qədər xallara əhəmiyyət verilmirdi. Bununla belə, 60 yaşında bir neçə il cavan görünən çoxlu xalı olan insanlar tanıyırıq. Məlumdur ki, xallar, xüsusən uşaqlıq dövründə tünd piqment istehsal edən hüceyrələrin sürətlə ayrılmasının nəticəsidir”.

QAZİLER.AZ

 

 

 

Diaspora