WhatsApp videozənglərdə iştirak edənlərin sayını 32-yə çatdırır

WhatsApp videozənglərdə iştirak edənlərin sayını 32-yə çatdırır backend

2022-ci ilin bitməyinə sayılı günlər qalanda WhatsApp-a yeni funksiyalar gəldi.

Qaziler.az bildirir ki, indi vatsapda video çat 32 nəfəri dəstəkləyir.

Səsli zənglərdə olduğu kimi, indi mobil telefonunuzdan 32 nəfərə qədər video zəng edə bilərsiniz, bu isə əvvəlkindən dörd dəfə çoxdur.

WhatsApp-dan verilən açıqlamaya görə, videozənglər zamanı şəkil içində şəkil funksiyası 2023-cü ildə iOS istifadəçiləri üçün də əlçatan olacaq.

Xatırladaq ki, dünyanın ən məşhur ani mesajlaşma proqramı olan WhatsApp-ın dünya üzrə təxminən 1,6 milyard istifadəçisi var.

 

QAZİLER.AZ

 

loading...
Diaspora