Yeni Zelandiyada 2009-cu ildən sonra doğulanlara siqaret satışı ömür boyu qadağan olunacaq.
Qaziler.az bildirir ki, bu siqaret qadağası gələn ildən qüvvəyə minəcək. "Minlərlə insan daha uzun yaşayacaq. Biz gənclərin heç vaxt siqaretə başlamamasını təmin etmək istəyirik", - deyə bu ölkənin Səhiyyə Nazirliyi bildirib.
Beləliklə, ada ölkəsi olan Yeni Zelandiya siqaret çəkməyən bir nəsil yetişdirməyi hədəfləyir.
Buna görə də 2009-cu il yanvarın 1-də və ya ondan sonra doğulanlara siqaret satışı ömürlük qadağan edilib.
QAZİLER.AZ