Sovet tamaşaçısının maraqla izlədiyi filmlərdən olan "Səhranın bəyaz günəşi"ndə aparıcı rollardan biri olan Abdulla mənfi obraz olaraq təqdim olunur.
Aktyor Kaxi Kavsadze obrazı o qədər inandırıcı və parlaq yaradıb ki, deyilənə görə onun pərəstişkarları məhz bu rola görə onunla pis davranmağa başlayıblar.
Əslində isə aktyor həyatda personajın tam əksi olub.
Kavsadze hələ tələbəlik illərində gözəl aktrisa Bella Mirianaşvili ilə tanış olur. Onun ətrafında həmişə çoxlu pərəstişkarları olsa da, israrlı Kaxi onun diqqətini çəkə bilib. Beləliklə onlar evlənir və bir qız böyüdürlər...
Lakin xoşbəxtliklərinin ömrü o qədər də uzun olmur. 1992-ci ildə onun sevimli həyat yoldaşı Bella vəfat edir. 57 yaşlı Kaxi üçün bu, böyük zərbə olur.
O, mərhum Bellaya ömrünün sonuna qədər sadiq qalır. Sənətçi yenidən evlənməyi ağlından belə keçirmirdi.
Kaxi öz sevimli Kellasından sonra 30 il öz mənzilində tək-tənha yaşayır. 2021-ci ilin yazında 85 yaşlı Kavsadze koronavirusdan vəfat edir...
QAZİLER.AZ