Bu gün onu tanımaq olmur: Sevimli Ceyn Eyr niyə unuduldu?

Bu gün onu tanımaq olmur: Sevimli Ceyn Eyr niyə unuduldu? backend

Parlaq bir rol müvəffəqiyyətə zəmanət verə bilmədi.

Qaziler.az bildirir ki, 1983-cü ilsə ekranlara çıxan "Ceyn Eyr" teleserialı həyəcanla izlənilən, milyonların qəlbinə yol tapan filmlərdən oldu. Kasıb quvernantka və cənab Roçesterin sevgi hekayəsinə laqeyd qalmaq mümkün deyildi.

Baş rolu britaniyalı aktrisa Zila Klark mükəmməl ifa edib. O zamanlar az tanınan aktyor Timoti Dalton onun tərəf müqabili idi. Əfsanəvi Ceyn Eyrə qədər 30 yaşlı Klark kino və teatrda bir neçə epizodik rolda çıxış etmişdi.

Lakin bu müvəfəqiyyət aktrisaya sonrakı uğurlarda tramplin ola bilmədi. 

Aktrisa diqqətdən kənarda qaldı. Tədricən onu unutmağa başladılar və beləliklə onun şöhrəti söndü. Zila kinoda onu tuta biləcək heç nəyin olmadığını anladı və Britaniya radiosunda işə düzəldi...

O, həyatını ərinə və qızına həsr edib.

Bu gün 68 yaşlı aktrisa xeyli yaşlı görünsə də, hələ də şirinliyini itirməyib. Aktyorluq karyerası bir nəticə verməsə də, Zila Klark hələ də romanın ekranlaşdırılmış tarixində ən yaxşı Ceyn Eyr olaraq qalır.

QAZİLER.AZ

 

loading...
Diaspora