Türkiyədə, Kırikkaledə müxtəlif bölgələrdə qurulan kameralarda vəhşi heyvanların görüntüləri əks olunub.
Qaziler.az ensonhaber-ə istinadən bildirir ki, Türkiyənin Təbiəti Mühafizə və Milli Parklar Kırıkkale Şöbəsinin əməkdaşları mühafizə və nəzarət, biomüxtəlifliyin monitorinqi və bioloji qaçaqmalçılığın qarşısının alınması istiqamətində işlərini davam etdirir.
Brakonyerliyə qarşı mübarizə çərçivəsində əməkdaşlar vəhşi təbiətin sıx olduğu müxtəlif ərazilərdə "kamera -tələlər"i yerləşdirirlər.
Vaşaq, cüyür, tülkü, canavar və donuz kimi vəhşi heyvanlar təbii yaşayış yerlərində görüntülənib
İHA-nın verdiyi xəbərə görə, araşdırmalar zamanı "foto-tələlər"in yerləri dəyişdirilir.
QAZİLER.AZ