"I əməliyyatı"ndan "Lazımdır, Fedya, lazımdır" frazasını niyə çıxarmaq istədilər? - Heyrətləndirəcək SƏBƏB

"I əməliyyatı"ndan "Lazımdır, Fedya, lazımdır" frazasını niyə çıxarmaq istədilər? - Heyrətləndirəcək  SƏBƏB backend

Partiya rəhbərliyi rejissorun yumor hissindən məmnun qalmamışdı.

Rejissor Leonid Qaydayın belə gözəl yumorlu tapıntısı, sonradan bütün SSRİ-də parlaq, dillərdən düşməyən ifadə niyə bir müddət senzurada "ilişib" qaldı?

Məsələ bundadır ki, senzura zərərsiz bir ifadədə siyasi eyham görürdü. Çünki o dövrdə Kremldə Kuba lideri Fidel Kastronu  "Fedya" adlandırırdılar. Buna görə ehtiyatlı məmurlar Şurikin dilindən çıxan bu ifadənin bir mesaj və ya işarə kimi başa düşüləcəyindən qorxurdular.

Qayday isə məmurların bu fukri ilə razılaşmayaraq çox səy göstərir və nəticədə partiya rəhbərliyini "Fedya"nın Fidel Kastro ilə heç bir əlaqəsi olmadığına və onun uydurma personaj olduğuna inandıra bilir.

QAZİLER.AZ

Diaspora