Qətərə gələn futbolsevərlərin safari əyləncəsi - FOTO

Qətərə gələn futbolsevərlərin safari əyləncəsi - FOTO backend

Yaxın Şərqdə və ərəb dünyasında ilk dəfə keçirilən Dünya Kubokunu izləməyə gələn futbol azarkeşləri bölgənin sevimli fəaliyyətlərindən biri olan səhra safarisində əylənərək maraqlı anlar yaşayırlar.

Qaziler.az xəbər verir ki, paytaxt Dohadan 50 kilometr uzaqlıqda yerləşən Sealine safarisi dünyanın müxtəlif yerlərindən gələn azarkeşlərə unudulmaz əyləncə bəxş edir.

Əraziyə 32 ölkənin bayraqları sancılıb və ziyarətçiləri Qətərin məşhur dəvələri və şahinləri qarşılayır.

“Al Adwan”ın məlumatında qeyd edilir ki, ən çox marağı Cənubi Amerikanın meksikalı və argentinalı turistləri göstərir. Həmçinin ABŞ və ingilis turistlərin sayının da çox olduğu bildirilir.

QAZİLER.AZ

Diaspora