Şimali İraqda yaşayan diyarbakırli Ahmet Akbey həyatını vəhşi heyvanlara həsr edib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, aslan təlimçisi kimi tanınan Akbeyin pələnglərlə paylaşdığı görüntülər bəziləri tərəfindən bəyənilsə də, bəziləri görüntüləri heyrətlə izləyiblər.
Akbey deyir ki, bu vəhşi heyvanlar ayda 1,5 tona yaxın ət yeyirlər. Gündəlik norma isə hər biri üçün 16 kq ətdir.
Akbey aslanlarla yanaşı, pələnglərlə də yaxşı davrandığını bildirib.
Vəhşi heyvan təlimçisi açıqlamasında ona dost olan 3 aslan balasının bəslədiyini bildirib.