"Ayla" filminin kiçik koreyalı qəhrəmanı gənc qız olub - FOTO

"Ayla" filminin kiçik koreyalı qəhrəmanı gənc qız olub - FOTO backend

Cənubi Koreya-Türkiyə istehsalı olan "Ayla" filminin ulduzu Kim Seolun son görüntüsü yayılıb.

Koreya müharibəsi zamanı türkiyəli hərbçi Süleyman Dilbirliğinin başına gələn hadisələrdən bəhs edən “Ayla” filmi milyonları ağladıb.

Can Ülkayın rejissorluğu ilə “Digital Arts”ın istehsalı olan, türkcə, ingiliscə və Koreya dilində olmaqla 3 dildə çəkilmiş “Ayla” filmi 21 iyun 2017-ci ildə nümayiş etdirilmişdi.

Milyonların bəyəndiyi filmin balaca ulduzu Kim Seol "Ayla"ya həyat verib.

Koreyalı Aylaya həyat verən Kim Seol artıq böyüyüb. 2011-ci ildə anadan olan balaca aktrisanın indi 11 yaşı var.

Yaşının az olmasına baxmayaraq Seol Koreyada populyar aktrisadır.

Kim Seol filmin premyerasında verdiyi müsahibədə: "Mən dünyada müharibələrin başlamaması üçün bütün tankları heç kimin görmədiyi yerdə gizlətmək istəyirəm" demişdi...

 

Ayla filminin balaca qəhrəmanı Kim Seolun indiki görüntüsü

 

QAZİLER.AZ

Diaspora