Kənan  İmirzalıoğlunda saqqız çeynəyən iştirakçıya: “Şişirib partlatsan...” - VİDEO

Kənan  İmirzalıoğlunda saqqız çeynəyən iştirakçıya:  “Şişirib partlatsan...” - VİDEO backend

Tanınmış türkiyəli aktyor Kənan İmirzalıoğlunun aparıcılığını etdiyi “Kim Milyoner Olmak İster”in yeni bölümündə maraqlı anlar yaşanıb.

Qaziler.az xəbər verir ki, yarışa qatılan 19 yaşlı iştirakçının saqqız çeynəməsi aktyorun diqqətini çəkib.

O gənc iştirakçıdan: “Ağzında bir şey var?” deyə soruşub. Aldığı cavab qarşılığında aktyor təəccübünü gizlədə bilməyib:

“Saqqızı rahatlanmaq üçün çeynəyirəm. Hər zaman sınaqlarda da çeynəyirəm”, - deyə gənc bildirib. Kənan İmirzalıoğlu isə sınaqlarda çeynəməyin başqadır, amma indi tamaşaçıların qarşısındasan desə də, gənc bundan narahat olmadığını bildirib.

“Sizin üçün problem deyilsə, çeynəyəcəyəm” dedikdə İmirzalıoğlu “Baxaq da! Hələlik yaxşı gedirsən, amma şişirdib partlatmağa çalışsan nə olacaq” qarşılığını verib.

QAZİLER.AZ

Diaspora