Bir çox insan fillərin əla yaddaşa malik olduğunu bilir. Bundan əlavə, onlar çox qisasçı heyvanlardır və incidilməyi heç vaxt bağışlamırlar.
Tarixdə fillərin özlərinə qarşı qəddar münasibətə görə insanlardan qisas aldığı bir çox hadisələr baş verib.
Bir qisas hadisəsi insanlara o qədər təsir edib ki, hətta bu heyvana abidə də ucaldılıb.
Bu faciəli hekayə yüz il əvvəl Malayziyada baş verib. Fil, balasının ölümünə görə insanlardan özünü qurban verməklə amansızcasına intiqam alıb...
Dördayaqlı qisasçılar
Bir müddət əvvəl Hindistanın bir əyalətində qırx-a qədər fil sürüsü kəndə soxularaq bir neçə gün əvvəl fil balasını öldürən adamı tapdalayıb.
Uqandada bitib-tükənməyən brakonyerliyə görə fillərin bütöv kəndləri yer üzündən silməsi kifayət qədər tez-tez baş verən hadisələrdəndir.
Alimlər hesab edirlər ki, fillərin bu davranışının səbəbi heyvanın ailə üzvlərinin ölümünü izləməsi nəticəsində aldığı psixoloji travmadır. Bu, fillərin post-travmatik stress pozğunluğundan əziyyət çəkməsinə səbəb olur.
Malayziyadan olan qisasçının təsirli hekayəsi
Bu hadisə bizim əsrdən çox əvvəl Malayziyada baş verib. O dövrdə Cənub-Şərqi Asiyanın bu ölkəsi hələ də vəhşi təbiət və tropik cəngəlliklərlə dolu idi. Fillər istədikləri yerdə gəzməkdə tamamilə azad idilər. İngiltərə mədənlərdən qalayı sahil limanlarına daşımaq üçün buraya dəmir yolu çəkmişdi.
1894-cü ildə Teluk İntanda qatar yolda sərgərdan gəzən fil balasını vurur. Təxminən ertəsi gün Perakdan qayıdan parovozun qarşısını nəhəng erkək fil kəsir.
Sürücü yaxınlaşan qatara baxan yolda hərəkətsiz dayanan nəhəng heyvanı görür. Çöldə hava qaranlıq olduğuna görə görüntü çox aydın deyildi. Qatarın sürətini azaltmağa vaxtı olmadığını görən maşinist siqnal versə də, fil yerindən tərpənməyib. Bir neçə saniyə sonra toqquşma olur və qatar relsdən çıxır. Nəticədə iki nəfər və heyvanın özü ölür...
Bu hekayənin təfərrüatları məlum olanda, hamı filin çarəsiz ata fədakarlığından o qədər təsirlənir ki, ona abidə ucaltmaq qərarına gəlirlər. Övladının intiqamını almağa çalışarkən öldüyü yerdə...
İkinci Dünya Müharibəsi illərində bu dəmir yolu xətti ləğv edilib. Abidə isə bu günə qədəroradadır. Balasının intiqamını almaq üçün canını verən filin kəllə sümüyü hazırda Perakdakı Taypinq muzeyində saxlanılır. Dişləri ehtimal ki, İngiltərəyə aparılıb. Filin cəsədi elə orada, memorialın yanında basdırılıb.
QAZİLER.AZ