Vanqanın 2022-ci il üçün daha bir proqnozu gerçəkləşdi

Vanqanın 2022-ci il üçün daha bir proqnozu gerçəkləşdi backend

1996-cı ildə vəfat etməsinə baxmayaraq, o dövrdəki açıqlamaları və öncəgörücülüyü hələ də müzakirə mövzusu olan və “Balkanların Nostradamusu” ləqəbli Vanqanın dedikləri hələ də gündəmdədir.

Qaziler.az haberglobal-a istinadən bildirir ki, məşhur kahin Vanqanın 2022-ci il üçün daha bir iddiası gerçəkləşib.

ABŞ-ın keçmiş prezidentlərindən Barak Obamanın seçiləcəyini, şahzadə Diananın öləcəyini və 11 sentyabr hadisələrini öncədən görən  Vanqa bu il dünyanın bəzi yerlərində sel fəlakətlərinin yaşanacağını  açıqlamışdı.

Onun açıqlamalarını şərh edən ekspertlər Vanqanın 2022-ci il üçün bəzi proqnozlar söylədiyini bildiriblər. Kahin Vanqanın 2022-ci il üçün 6 proqnozu olduğunu iddia edən ekspertlərin fikrincə, onun daha bir proqnozu gerçəkləşib.

Bu il Hind okeanı sahilindəki ölkələrdə zəlzələ, sunami və daşqınların olacağını əvvəlcədən söyləyən Vanqanın bu proqnozu özünü doğrultdu. Vanqanın açıqlamalarını şərh edən ekspertlərin dediyi oldu və keçən aylarda bir çox Asiya ölkələrində daşqınlar baş verdi.

 

Vanqanın "tutduğu" başqa bir proqnozu içməli su böhranı idi. Kahin çox şəhərlərdə içməli su qıtlığının olacağını bildirmişdi.  Ekspertlər bunun Avropa ölkələrində reallığa çevrildiyini bildirib. Quraqlıq, həddindən artıq əhali və qlobal istiləşmə ilə İspaniya və İtaliya su böhranı ilə üzləşdi...

 Vanqanın 2022-ci il üçün üçüncü proqnozu  elmi araşdırma ilə beynəlxalq ictimai rəyin gündəminə gəlib.

Koronavirusla mübarizə illər boyu davam edərkən, Vanqanın açıqlamalarını şərh edən mütəxəssislər 2022-ci ildə yeni bir virusun ortaya çıxacağını proqnozlaşdırdılar.

 Vanqanın açıqlamalarını şərh edənlər bu il Sibirdə ölümcül virusun aşkar ediləcəyini açıqlamışdılar və bu da reallaşdı.

Sibirdə araşdırma aparan elm adamları pandoravirusun təxminən 48.500 il əvvəl aşkar edildiyini açıqladılar. Yalnız təkhüceyrəli orqanizmləri yoluxduran və hazırda insanlar üçün heç bir təhlükə yaratmadığı düşünülən virusa “zombi virusu” deyilirdi.

Elm adamları tərəfindən Yakutiyada bir gölün dibində tapılan mikrobun yaşayan ən qədim virus olduğu bildirilib.

 

QAZİLER.AZ

Diaspora