İtlər ona görə sahiblərinə sadiq olurlar ki...- Rusiyalı kinoloq

İtlər ona görə sahiblərinə sadiq olurlar ki...- Rusiyalı kinoloq backend

Rusiyalı kinoloq ekspert Yekaterina Qimazitdinova verdiyi açıqlamada itin sədaqəti haqqında mifi dağıdıb. Onun sözlərinə görə, bədii ədəbiyyat və kino ev heyvanlarının xarakteri və bacarıqları haqqında yanlış təsəvvür yaradıb.

 

Qaziler.az-ın məlumatına görə, mütəxəssis vurğulayıb ki, heyvanların beyni fərqli qurulub və onlar qısqanclıq, paxıllıq, utanma, nifrət, sədaqət və vəfa kimi mürəkkəb duyğular yaşaya bilməzlər.

 

“İtlər ona görə sahiblərinə sadiq olurlar ki, onlar üçün biz güclü bağlarla bir-birinə bağlanan sürünün bir üzvüyük. Bundan əlavə, insan bütün zəruri resursların mənbəyidir: yemək, su, istilik, qayğı..."

 

"Biz bunu insan qavrayışımızla sədaqət, vəfa adlandıra bilmərik" - deyə izah etməyə çalışan Qimzatdinova eyni zamanda, insanların mühafizəsi, xidməti və müşayiəti üçün yetişdirilən cinslərdə insana diqqətin həqiqətən daha yüksək olduğunu vurğulayıb.

 

Nümunə kimi kinoloq uzun illər mərhum sahibini dəmiryol vağzalında gözləyən itə həsr olunmuş məşhur “Hatiko” filmini göstərib: “Əslində bu, sahibinə sonsuz məhəbbət və sədaqət deyil, ayrılıq narahatlığının və müstəqilliyin olmamasının ağır halının nümayişidir. İt onu resurslarla təmin edən şəxsə bağlanıb. Sahibinin itinə öyrətdiyi yeganə şey isə stansiyada yola salmaq və qarşılamaq ritualı idi " -deyə Gimazitdinova heyvanın davranışını izah edib.

 

QAZİLER.AZ

Diaspora