İngiltərənin Qrimsbi şəhərinin, Linkolnşir qraflığından olan 92 yaşlı Bernard Bland uzun ömürlü evliliyin sirrini bölüşüb.
Qaziler.az bildirir ki, bu barədə “The Mirror” məlumat yayıb.
Hazırda qocalar evində yaşayan Bernard və həyat yoldaşı Betti 70 ilə yaxındır ki, evlidirlər. “Mən Betti ilə uşaq ikən, ikimiz də qəzetləri çatdırarkən tanış oldum. Həmişə ona kömək etmək üçün işimi erkən bitirmişəm” deyə yaşlı adam xatırlayır.
Bernardın fikrincə, onların xoşbəxt həyatlarında xüsusi bir sirr yoxdur, sadəcə olaraq xırda şeylərə görə mübahisə etməməyə çalışmaq lazımdır.
“Betti "boss" Mən sadəcə “hə” deyirəm və lazımi məqamlarda başımı tərpədirəm. O, mənim bütün həyatımdır " -deyə təqaüdçü bildirib.
Bernard sevimli yerli pub Nunsthorpe açılandan bəri 68 ildir ki,hər gün orada pivə içir. Orada dəfələrlə ad günlərini və Betti ilə evlilik ildönümünü qeyd edib. Zaman keçdikcə içkilərin qiymətinin on qat artmasına baxmayaraq, pivə həvəskarı ondan əl çəkmək fikrində deyil...
QAZİLER.AZ