Türkiyədə elçilik mərasimində qız atasının göz yaşlarına boğulması sosial mediada gündəm olub.
Qaziler.az xəbər verir ki, görüntülərdə atanın danışarkən çətinlik çəkdiyi, daha sonra ağladığı görünüb.
“Qardaş, mənim qızım çox dəyərlidir, yəni qızlarımın hamısı dəyərlidir. Mən onları da verərkən sanki üzərimə dağ gəlirdi, amma Sılanın yeri ayrıdır”, deyən ata fikirlərinin davamını gətirə bilməyib və ağlayıb.
Sosial mediada paylaşılan görüntülər qısa müddət ərzində 2,5 milyon insan tərəfindən izlənilib, şərhlər yazılıb.
Sözügedən görüntüləri təqdim edirik:
QAZİLER.AZ