Tələbə qız lotereyada qalib gələrək multimilyonçu oldu

Tələbə qız lotereyada qalib gələrək multimilyonçu oldu backend

Moskva Universitetinin tələbəsi Stolotoda 56 milyon rubl udaraq ən gənc lotereya multimilyonerlərindən birinə çevrilib.

Qaziler.az bildirir ki, bu barədə RİA Novosti yazır.

"Qızın heç bir rəqəm təxmin etməməsi və təsirli super mükafatın sahibi olması diqqətəlayiqdir" deyə agentlik bildirib. Qaydalara əsasən, super mükafatı 24 rəqəmdən 12-ni təxmin edən və ya heç birini təxmin etməyən şəxs qazanır.

22 yaşlı moskvalı tələbə özü etiraf edir ki, bəxtinin belə gətirəcəyini heç özü də gözləmirmiş, çünki əvvəllər heç vaxt 2500 rubldan çox pul qazanmamışdı.

Tələbə qız: “Mən bileti almışam. Rəqəmləri özüm qeyd etmədim, birləşmələrin avtomatik seçilməsinə inandım" -deyir. Uduşdan sonra tələbə əvvəlcə Moskvada daşınmaz əmlak almaq və sürücülük məktəbinə yazılmaq qərarına niyyətindədir.

QAZİLER.AZ

 

Diaspora