"Google"dan xəbərdarlıq: Telefona yüklədiyiniz bu 4 tətbiqi SİLİN

"Google"dan xəbərdarlıq: Telefona yüklədiyiniz bu 4 tətbiqi SİLİN backend

“Google” Android istifadəçilərini bəzi tətbiqlərin istifadəsiylə bağlı xəbərdarlıq edib.

Qaziler.az xəbər verir ki, edilən xəbərdarlıqda “Play Store”da olan bir çox tətbiqlərin zərərli ola biləcəyi qeyd edilib.

“Google” təhlükəsizlik mövzusunda çox həssas olsa da heç də hər zaman zərərli proqramların qarşısını ala bilmir. Odur ki, təhlükəsizlik üzrə mütəxəssislər “Google Play”ə gizlicə sızan həmin tətbiqləri “Google”a bildirib.

Sözügedən  məsələ ilə bağlı tətbiqlər “Play Store”dan dərhal götürülsə də, bir çox istifadəçi tərəfindən artıq telefona yüklənib. Ona görə də “Google” 4 tətbiqin şəxsi məlumatlarınızın oğurlamaması üçün telefondan silinməsi haqda xəbərdarlıq edir. Bunlar “Bluetooth Auto Connect”, “Bluetooth App Sender Mobile transfer”, “smart switch Driver” və “Bluetooth, Wi-Fi, USB”dir.

Qeyd edildiyi kimi, hazırda bu tətbiqlər “Play Store”da yoxdur, ancaq yükləmisinizsə təhlükəsizliyiniz üçün silmənizdə fayda var.

QAZİLER.AZ

Diaspora