15 yaşında sovet ekranlarının sevimli filmi olan "Morozko"ya çəkilən Natalya Sedıx indi tanınmaz haldadır.
Qaziler.az məlumatına görə, çox gənc, 15 yaşında "Morozko" nağılı ilə ekranlarda peyda olan Natalya Sedıx demək olar ki, bütün tamaşaçıları valeh etmişdi. Gözəl Nastenka mavi gözləri, cazibədar səsi ilə publikanın sevimlisinə çevrilmişdi. Təəssüf ki, aktrisanın şəxsi həyatı nağıldakı kimi olmadı...
Natalya bəstəkar Viktor Lebedevlə ailə qurmuş, bir oğlan övladları olan cütlük 10 il sonra ayrılmışdılar. Boşanmaya səbəb ərinin xəyanəti olmuşdu. Belə ki, ayrı şəhərdə yaşadıqlarına görə ərinin yanına, Peterburqa gələn aktrisa onun yanında başqa qadının olduğunu görür...
Natalya bundan sonra daha ailə həyatı qurmur.
Bu gun Natalya Sedıx Moskvanın nüfuzlu rayonlarından birində tək yaşayır. 74 yaşlı qadın keçmiş şöhrətinə görə peşman deyil.
Sənətçi səriştəli kosmetoloqun onun xarici görünüşünün gözəl qalmasına kömək etdiyi, hialuron iynələrinin isə onun sevimli proseduru olduğu haqda paylaşım edib.
74 yaşlı "Nastenka" gözəllik iynələrinin onu qocalıqdan xilas etdiyinə əmindir, lakin onun görüntüləri birmənalı qarşılanmır...
QAZİLER.AZ