Avstraliyada birdəfəlik istifadə üçün nəzərədə tutulan stəkanların ətraf mühiti çirkləndirməsindən qorumaq üçün yeni təşəbbüsə imza atılıb.
Qaziler.az xəbər verir ki, “Huskee” adlı bir şirkət qəhvə tullantılarından fincanlar istehsal etməyə başlayıb.
Belə ki, qəhvə meyvəsinin emal mərhələsində husk adlandırılan və tumunun ətrafında olan tonlarla nazik təbəqə ətraf mühitə dağılaraq təbiətə qarışır. Lakin “Huskee” şirkəti istifadə olunmayan həmin nazik təbəqəni toplayır, bəzi maddələrdə qarışdıraraq fincanlar hazırlayır.
“HuskeeCup” adlanan bu fincanlar tullantıların miqdarının azaltmağa və çirklənmə ilə mübarizə aparmaqda iqtisadiyyata töhfə verir.
QAZİLER.AZ