Türkiyədə Sivasın Yıldızeli şəhərinin Subaşı kəndində dəmir yolu ətrafında salınan ağaclar görənlərin marağına səbəb olub.
Qaziler.az xəbər verir ki, sözügedən dəmir yolu 1970-ci illərdə çəkilib.
Dövlət Dəmir Yollarının işçiləri dəmir yolunun kənarları boyunca ağaclar əkib. Həmin ağaclar neçə illər ərzində böyüyərək dəmir reyslərin ətrafında balaca bir meşəlik yaradıb.
İşçilərin həmin ağacları əkməkdə məqsədi dəmir yolu reyslərini qışda yağan qardan qorumaq olub. Əkilən ağaclar qış boyu yağan qarın reyslərin üzərini örtüb yolu bağamasına mane olur.
Kənd sakinlərinin dediklərinə görə, həmin vaxtlar bölgəyə qar çox yağarmış: Qar reyslərin üzərini tuturdu və dəmir yolu bağlanardı. Ona görə də işçilər boş ərazidə şam ağacları əkdilər ki, ağaclar yağan qarın qarşısını alsın".
QAZİLER.AZ