Likör içən 24 fil sərxoş olub meşədə yatıb qaldılar - FOTO

Likör içən 24 fil sərxoş olub meşədə yatıb qaldılar - FOTO backend

Lkör içərək sərxoş olan 24 fil meşədə yatıb qaldılar. 

Qaziler.az bildirir ki, hadisə Hindistanda baş verib. 

Hadisə  belə olub. Yerli sakinlər likör hazırlamaq üçün "mahua" adlanan həlimi bişirib sonra onu böyük qablara yığıblar. Səhər sakinlər anbara qayıdanda sınmış qab və yatmış 24 fil aşkar ediblər. Onların içərisində 9 bala fil də  olub.

Çarəsiz qalan sakinlər yerli meşə departamentinin əməkdaşlarını çağırmalı olublar. Əməkdaşlar filləri çox çətinliklə də olsa oyada biliblər. Onlar yalnız nağaraların köməyi ilə heyvanları oyatmağa nail olublar. 

Heç bir fil zərər çəkməyib.

Diaspora