Müharibə dəhşətləri içərisində yaranan bu videogörüntü sosial mediada maraqla qarşılanıb.
Fevralın 24-də Rusiya ilə Ukrayna arasında başlayan müharibə səngimədən davam edərkən, cəbhə xəttindən daha bir diqqətçəkən görüntü yayılıb. İnternetdə yayılan videoda səngərdə yatan rus əsgərinin pilotsuz təyyarənin buraxdığı bombaları bir-bir toplayaraq çölə atdığı anlar var. Əsgərin rahat davranışı təəccüblə qarşılanıb. Görüntülər tezliklə bütün Rusiyanın sosial şəbəkələrində yayılıb.
Ukraynanın şərqindəki Donbas bölgəsindən olduğu bildirilən rus əsgərin həmin hücumdan sonra müalicə aldığı və səhhətinin yaxşı olduğu bildirilib.
Rusiya tərəfi görüntülərin mart ayına aid olduğunu və sözügedən əsgərin cəbhədə döyüşməyə davam etdiyini açıqlayıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən videogörüntünü təqdim edir:
QAZİLER,AZ