“MasterChef” proqramı ilə tanınan Somer Sivrioğlu qatıldığı verilişdə uğurunun sirrini açıqlayıb.
Qaziler.az xəbər verir ki, o, aşpazlıq karyerasında qazandığı uğura görə keçmiş həyat yoldaşı Aslı Sencerə borclu olduğunu deyib.
“Heç vaxt yemək bişirməzdi, ac qalardıq. Bir qadın olaraq yeganə əskikliyi bu idi, lakin ana, dost və yoldaş kimi möhtəşəm insandır”, - deyə Somer Sivrioğlu danışıb.
Onun bu açıqlaması sosial media istifadçiləri tərəfindən heç də birmənalı qarşılanmayıb. Bəziləri onun açıqlamasını keçmiş xanımını tərifləyərək aşağılamaq kimi dəyərləndirib.
QAZİLER.AZ