"CNN-Türk" kanalında yayımlanan "Tərəfsiz bölgə" proqramında ABŞ-da ara seçkilərdən danışarkən efirə çıxan "Donbas" adlı pişik yayıma rəng qatıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, "Donbas" tez-tez gündəm yaratmağı "sevir".
Qeyd edək ki, kanalın işçilərinə məxsus olan pişiyə Rusiya ilə Ukrayna arasındakı böhrana görə "Donbas" adı verilib.
Tez-tez efirə çıxaraq qonaqlara özünü sevdirən pişik rəngli görüntülərə səhnə olur.
Dünən axşam ekranlara gələn proqramda qonaqlar ABŞ-da keçirilən növbədənkənar seçkiləri dəyərləndiriblər.
Bu arada "Donbas" yenidən studiyaya daxil olub.
Özünü sevdirməyə çalışan "sürpriz" pişik qonaqların fikrini mövzudan yayındırıb və bütün diqqətli özünə çəkə bilib.
QAZİLER.AZ