Aslanlar yaşlı bəbiri öldürdü – Vəhşi təbiətin nadir anları VİDEODA

Aslanlar yaşlı bəbiri öldürdü – Vəhşi təbiətin nadir anları VİDEODA backend

Maykl Botes adlı bir şəxs safariyə səfəri zamanı kamerasına aldığı görüntülər vəhşi təbiətin qanunlarını əks etdirib.

Qaziler.az xəbər verir ki, səhayətçi bəbirin aslanlar tərəfindən mühasirəyə alındığını görür. Aslanların ərazisinə girən qoca bəbir qaçmaq üçün ağaca dırmaşır, lakin birdən yerə düşür. Hər şey də bundan sonra başlayır.

Yaşlı bəbirin ətrafını gənc aslanlar əhatə edir. Görüntüləri lentə alan səyahətçi qeyd edir ki, bir bəbirin aslanlar tərəfindən ovlanması vəhşi təbiətdə nadir görülən hadisələrdəndir: “Əgər ağacda qalsaydı, bəlkə qurtula bilərdi. Əminəm ki, bu zamana kimi bir çox aslanın öhdəsindən gəlmişdir. Lakin ondan cavan olan 12 aslanla qarpışmaq böyük səhvi oldu”. 

Belə ki, bəbir nə qədər müqavimət göstərsə də, canını qurtara bilməyib.

Həmin anların görüntüləri:

loading...
Diaspora