Dünyada bu yaxınlarda həyata keçirilən ilk süni qanköçürmə uğurlu alınıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) alimləri Bristol və Kembric universitetlərinin köməyi ilə ilk dəfə olaraq laboratoriyada istehsal olunan süni qanı insana köçürüblər.
Mütəxəssislər deyirlər ki, dünyada ilk dəfə edilən süni qanköçürmə laboratoriyada istehsal olunan qanın bədəndə necə işlədiyini müəyyən etmək üçün davam edən tədqiqatın bir hissəsidir.
"Məlumdur ki, dünyada çox nadir rast gəlinən qan qrupları var. Ona görə də layihənin əsas məqsədi bu nadir qan qruplarını istehsal etməkdir". Açıqlamada belə deyilir