Yevlaxda üç min manatlıq tovuz quşu - VİDEO

Yevlaxda üç min manatlıq tovuz quşu -  VİDEO backend

Pompon toyuqları, Brama, Cırtdan hind quşları, tovuz quşunun müxtəlif növləri. 

Sözügedən ekzotik quşları Yevlax rayonunun Balçı kənd sakini Rəşad Məmmədov bəsləyir. O, həmin heyvanlar üçün xüsusi yerlər quraşdırıb. 

Rəşad Məmmədovun sözlərinə görə, quşların qiyməti yaşına və növünə görə dəyişir.

“Tovuz quşları arasında ən bahalısı Yava növləridir. Onların satış qiyməti 3 min manata kimi olur”, - deyə o qeyd edib.

10 ilə yaxındır həvəskar olaraq bu işlə məşğul olduğunu deyən R.Məmmədovun həyətində hazırda qiyməti ümumilikdə 10 min manata yaxın olan 50-dən çox Hind, Arlekin və Ağ cinsli tovuz quşları, eləcə də digər ekzotik heyvanlar var.  

Kənd sakini onu da bildirib ki, yerli mühitə uyğunlaşdırılan bəzəkli quşlar vaxtında vaksinasiya edildiyindən hər hansı xəstəliyə də yoluxmur.

loading...
Diaspora