“WhatsApp” növbəti yeniliyinin üzərində çalışır.
Axşam.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Messencerinin tərtibatçıları bu dəfə özünə mesaj göndərməyə imkan verən funksiya hazırlayıblar.
Öz nömrənizlə söhbət əlaqə siyahınızda "Mən" adı altında mövcud olacaq. Mesaj göndərmək üçün bu söhbəti seçməlisiniz.
Yeni funksiya yaxın günlərdə geniş istifadəçilər üçün əlçatan olacaq.