“Android” və “iOS” smartfonların, elektron planşetlərin və digər qadcetlərin çoxunda istifadə edilən əsas əməliyyat sistemləridir. Onlar məlumatların təhlükəsizliyinə və texnologiyaların əlçatanlığına iki fərqli yanaşmanı əks etdirir. Bəs onlardan hansı daha yaxşıdır? Gəlin araşdıraq.
“Android” 2008-ci ildə yaradılıb və “Google” şirkətinə məxsusdur. Qismən açıq kodu sayəsində smartfon istehsalçıları əməliyyat sistemini (ƏS) dəyişə və onu öz cihazlarına uyğunlaşdıra bilirlər.
“iOS” əməliyyat sistemi “Apple” şirkətinin 15 illik məhsuludur. Bu əməliyyat sistemi yalnız şirkətin öz məhsullarına quraşdırılır, qabaqcıl texnologiyalara malik yeni məhsullar isə daim flaqman məhsullar hesab olunur.
İki sistem – iki fəlsəfə
Proqram tərtibatçılarının texnologiyaların təhlükəsizliyinə və əlçatanlığına fərqli yanaşması iki fərqli fəlsəfənin formalaşmasına səbəb olub. “iOS” və “Android” əməliyyat sistemlərini bir neçə meyar üzrə müqayisə etmək, onlardan hansının 2022-ci ildə istifadə üçün daha rahat olduğunu müəyyən etmək qərarına gəldik.
● Ekosistem. “iOS” “Apple” şirkətinin bütün məhsullarını bir-birilə əlaqələndirməklə bir neçə cihaz sahiblərini iş vaxtı cihazlar arasında keçid etməyə, məlumatları sinxronlaşdırmağa və göndərməyə imkan verir. “Android” əsaslı cihazlar arasında oxşar sistemləri yalnız “Samsung” və “Xiaomi” tətbiq edir.
● Yenilənmələr. “Apple” mütəmadi olaraq “iOS”u yeniləyir. Əməliyyat sisteminin yeni versiyaları həm yeni modellərdə, həm də köhnə cihazlarda əlçatandır. “Android” əsaslı qadcetlərdə nadir hallarda qlobal dəyişikliklər edilir, xırda çatışmazlıqlar və “bug”lar isə uzun müddət düzəldilməmiş qalır.
● Optimizasiya. “iOS” üçün bütün tətbiqlər “Apple” cihazlarının xüsusiyyətləri nəzərə alınmaqla işlənib hazırlanır. “AppStore”da yerləşdirilməzdən əvvəl proqramlar ciddi moderasiyadan keçir ki, bu da onların çoxunun sabit, sərbəst işləməsini və az batareya sərf etməsini təmin edir.
“Android” əsaslı tətbiqlər müxtəlif model və buraxılış ilinə malik çoxsaylı cihazlar üçün nəzərdə tutulub. Proqram tərtibatçıları sadəcə hər bir qadcetin özünəməxsusluqlarını nəzərə ala bilmirlər.
Nəticədə, tətbiqlərin işə düşməsində mütəmadi problemlər yaranır, xətalar və dayanmalar baş verir.
● İnterfeys. “iOS” əsaslı bütün cihazlar eyni dərəcədə asan anlaşılan interfeysə malikdir, bu səbəbdən hətta yeni “Apple” istifadəçiləri belə bu smartfonlara çox tez uyğunlaşır və ondan maksimum istifadə etməyi öyrənirlər. “Android” əsaslı cihazların istehsalçıları istəklərinə uyğun olaraq onun üzlüyünü və tərtibatını dəyişə bilirlər.
● Təhlükəsizlik. “iOS” cihazları “Face ID”yə malikdir ki, bu da qadcet sahibindən başqa digər şəxslərin onları blokdan açmasına imkan vermir, “bug”lar və çatışmazlıqlar isə tezliklə aradan qaldırılır. “Android”in ilkin kodu açıqdır, bu səbəbdən hakerlərin əsas hücumları bu ƏS-yə malik cihazlara yönəlir.
Beləliklə, “Android”də cihazların kastomizasiyası və personalizasiyası üçün daha çox funksiya əlçatandır. “iOS”un interfeysi daha anlaşılandır və müxtəlif vəzifələrin öhdəsindən gəlmək üçün daha yaxşı optimallaşdırılıb. Əgər təhlükəsizlik, vaxtlı-vaxtında yenilənmə və cihazların sürətli sinxronlaşması sizin üçün vacibdirsə, o zaman, “iOS”u sınaqdan keçirin.
“iOS”a komfortlu keçid
“Apple” məlumatların “Android” əsaslı smartfonlardan “iPhone” smartfonlarına köçürülməsini asanlaşdırıb: fayllar menyuda cəmi bir neçə kliklə Wi-Fi vasitəsilə ötürülür. İstifadəçiyə yalnız uyğun modeli seçmək qalır.
Qiymət-keyfiyyət nisbəti baxımından ən rahat seçim 2019-cu ilin “iPhone 11” modeli olacaq. Bu qadcet yeni güclü prosessorla təmin edilib, foto və videoçəkiliş keyfiyyəti yaxşılaşıb, batareyanın tutumu isə artıb. “iPhone 11” 2022-ci ildə də öz aktuallığını qoruyur, ən son yeniləmələrlə təmin edilir və effektiv istifadə üçün lazımi bütün xüsusiyyətlərə malikdir.
Davamlı şüşə arxa paneli və donuq metal əlavələri olan smartfonun korpusu aviasiya alüminiumundan hazırlanmışdır. Cihazın çəkisi cəmi 194 qramdır – bu isə bir stəkan sudan daha yüngüldür. “iPhone 11” suya və toza qarşı davamlıdır.
Cihaz Liquid Retina HD 6,1” LCD displeylə təchiz edilib. Şəkil günəşli havada belə dolğunluğunu itirmir.
Foto və video çəkmək üçün smartfon 12 meqapiksellik əsas və ultragenişbucaqlı kameralardan ibarət ikili sistemə və “TrueDepth” funksiyalı ön kameraya malikdir. Kameranın maraqlı xüsusiyyətləri sırasında zəif işıqlanma şəraitində obyektivin açıq qalma müddətini avtomatik artıran gecə çəkiliş funksiyasını göstərmək olar. Nəticədə uzun-uzadı hazırlığa və kökləməyə ehtiyac olmadan möhtəşəm gecə çəkilişi əldə edirik.
Smartfon 4 GB-lıq operativ yaddaşı və güclü prosessoru sayəsində tapşırıqları dərhal yerinə yetirir, portretləri emal edir, videoları “iMovie”də çevirir və tələbkar oyunları işə salır.
Tez-tez bir yerdən başqa yerə səyahət edirsiniz? Cihazınızı daim şarj etmək imkanı olmur? “iPhone 11” sürətli şarj funksiyası sayəsində 30 dəqiqə ərzində 50%-ə qədər şarj olunur və 65 saata qədər musiqi səsləndirə bilir.