Çingiz xan Azərbaycanda dəfn edilib? – Araşdırma başladı

Çingiz xan Azərbaycanda dəfn edilib? –  Araşdırma başladı backend

“Dünyanın yeni tarixi Çingiz xanın məzarının tapılmasından sonra yazılacaq”.

Ezoteriklər belə bir iddia irəli sürürlər. Rəvayətə görə, Tanrı dəhşətli müharibəyə, milyonlarla insanın ölümünə səbəb olacaq onun kimi ikinci sərkərdəni məhz Çingiz xanın məzarının açılmasından sonra dünyaya göndərəcək.

Bəs, dünyanın ən böyük sərkərdəsi harda dəfn edilib?

Yüz illərdir Çingiz xanın məzarını axtaran arxeoloqlar düşünürlər ki, məzar Turan coğrafiyasındadır. Hətta bir neçə məzarı açıb, onun Çingiz xana aid olduğunu desələr də, aparılan tədqiqatlar bunun yanlış olduğunu üzə çıxarıb.

Hazırda Çingiz xanın dəfn edilə biləcəyi ehtimal edilən yerlərdən biri də Ulan Batordan 160 km şimal-şərqdə yerləşən Kentii dağlarının Burxan Xaldun adlı zirvəsidir. Deyilənə görə, o, gəncliyində düşmənlərindən burada gizlənib və burada öləcəyini də əhd edibmiş.

Ancaq son 6 ayda arxeoloqlar və alimlər daha bir versiyanın üzərində ciddi durublar. Bu, Çingiz xanın Azərbaycanda dəfn edilməsidir.

Ehtimal edilir ki, Çingiz xan Abşeron yarımadasında (Güzdək, Qobu) dəfn edilib. Artıq ilkin araşdırmalara başlanılıb, 2023-cü ildə gerçəklər üzə çıxacaq.

Çingiz xanın sərvətinin böyük hissəsinin bu torpaqlarda gizlədilməsi versiyası barədə tanınan arxeoloqlar fikirlər bildiriblər. Buna görə də Böyük Çingiz xanın Azərbaycanda dəfn edilməsi ehtimalını alimlər irəli sürüblər.

Axar.az / Zaur Əliyev

Diaspora