Dünyanın ən bahalı maddələri Bəlkə də, bəzilərinin adını belə indiyənə kimi eşitməmisiniz. Amma hamısı hiss etməsək də həyatımızda ciddi bir rol oynayır. QAZİLER.AZ Kayzen.az saytına istinadən dünyanın ən bahalı 11 maddəsini sizlərə təqdim edir. Siyahıda elə maddələr var ki, qiyməti ilə qızılı belə geridə qoyur ...
Zəfəran:Zəfəran yeməklərə qatılan olduqca bahalı bir ədviyyatdır. Bu məhsulun qramı 11 dollardan satılır. Zəfəranın vətəni Cənub-qərb Asiyadır. Becərilməsinə ilk olaraq Yunanıstan ətrafında başlanılmışdır. Yarım kiloqram zəfəran üçün 80.000 çiçək emal etmək lazımdır. Öz ağırlığının 100.000 qatı olan suyu sarı rəngə boymaq iqtidarındadır.
Qızıl:
Qızıl bizim üçün çox qiymətli bir material olsa da elm dünyası üçün o qədər də bahalı deyil. Qızılın qramı dünya bazarında 43 dollardan təklif edilir.
Rodium: İngilis kimyaçı tərəfindən kəşf edilən rodiumun Yunanca `qırmızı` mənasını verir. 1803-ci ildə Viliam Hyde Vollaston tərəfindən palladiumun kəşfinin dərhal ardından tapılmışdır. Hyde Vollaston bu maddəni İngiltərədə işlənməmiş və Cənubi Amerikadan aldığı platini istifadə edərək əldə edtmişdir. Rodiumun qramı 58 dollardır.
Kərgədan buynuzu:
Bu məhsulun vətəni Vyetnamdır. Gərgədanların buynuzları olduqca qiymətlidir. Kərgədan buynuzunun qramı 110 dollara satılır.
Platinyum:
Nüvə texnologiyasında istifadə edilən platinyum təhlükəli kimyəvi maddə olaraq bilinir. Məhsulun bir qramının dəyəri 4 min dollardır.
Painite:
1950-ci ildə Artur C.D. tərəfindən kəşf edilən bu maddə ləl-cəvahirat xammalı kimi istifadə edilir. Painitenin kimyəvi tərkibi kalsium, sirkonium, bor, alüminium və oksigendən ibarətdir(CaZrAl9O15 (BO3)). Qrami 9 min dollardır.
Taaffeite daşı:
1945-ci ildə Edward Taaffe tərəfindən kəşf edilən daş tərkibində sıx olaraq maqnezium ehtiva edir. Daş əsasən ləl-cəvahirat xammalı olaraq da istifadə edilir. Taaffeite daşının qramı 20 min dollardır.
Trityum:
Hidrogenin ağır radiasiyaya məruz qalmış halı olaraq bilinən trityum işıqlandırma sistemlərində istifadə edilir. Maddənin qramının qiyməti 30 min dollar ətrafında dəyişir.
Almaz:
Bu elementi hamımız tanıyırıq. Ləl-cəvahirat sektorunun olmazsa olmazı almaz… Almazın qramı beynəlxalq bazarlarda 55 min dollara satılır.
Kalifornium 252:
Sənaye də istifadə olunan Kalifornium 252 olduqca nadir tapılan bir maddədir. Bu məhsulun qramı 27 milyon dollardır.
Anti-maddə:
Bu maddənin dünyanın ən bahalı maddəsi olmasının səbəbi yaradılmasının çox çətin olmasıdır. Anti-maddə yaradılarkən ətrafa çoxlu miqdarda radiasiya saçan qamma şüaları da yayır. Anti-maddə yaradılarkən ortaya çıxan enerji olduqca böyükdür. Maddənin kosmik gəmilərində istifadə etdiyi düşünülür. Məhsulun qramının qiyməti 6.25 trilyon dollardır.