Fransız astroloqu Nostradamus 1555-ci ildə nəşr olunan "Les Propheties" kitabında, Rusiya-Ukrayna müharibəsi və Kraliça II. Elizabetin ölümünü proqnozlaşdırmışdı. 2022-ci ilin sonuna aylar qalsa da, Nostradamusun bu il üçün proqnozları yenidən diqqət mərkəzindədir. Belə ki, o, 2022-ci ildə Üçüncü Dünya Müharibəsininin olacağını da qeyd etmişdi.
1503-cü ildə dünyaya gələn fransız münəccim 1555-ci ildə bəşəriyyətin gələcəyi ilə bağlı proqnozlarını 932 dördlük şeir formasında yazmışdı. O, Londonda baş verən böyük yanğını, Adolf Hitlerin gəlişini və Con Kennedinin öldürülməsini öncədən proqnozlaşdırmışdı. Məşhur görücünün 2022-ci il üçün proqnozları iqlim böhranı, müharibə, dünyaca məşhur liderin ölümü və qida böhranını əhatə edirdi.
2022-ci ildə ölkələrin iqtisadi çətinliklərlə üzləşəcəyini qeyd edən Nostradamus kitabında bu proqnozu verib: “Öyrənməli baş kahinlər, rahiblər və naşılar yoxdur. Arı mumu, mumdan qat-qat baha başa gələcək. Buğdanın qiyməti çox yüksəkdir. Çarəsizlik yemək yoldaşdır”...
Görücünün 2022-ci il üçün üçüncü proqnozu dünyada iqlim böhranı ilə bağlı idi. Nostradamus deyirdi: “Baş günəş kimi parlayan dənizi yandıracaq. Qara dənizin canlı balıqları az qala qaynayacaq. Rodos və Genuya yarı ac qalacaq. Yerli insanlar onları kəsmək üçün çox çalışacaqlar”.
2022-ci il üçün Nostradamus, bir kralın öləcəyini bildirən "Birinci personaj qəfil öləcək və başqası sənin krallığına gələcək" sətirlərini yazmışdı. Kraliça II Yelizavetanın 8 sentyabr 2022-ci ildə vəfat etməsi peyğəmbərliyin yerinə yetməsi kimi şərh edildi.
Nostradamusun ən diqqətçəkən proqnozu, başqa bir münaqişəni vurğulayan Üçüncü Dünya Müharibəsi ilə bağlı proqnozu idi. Ukraynadakı müharibə Nostradamusun 2022-ci ilin sonuna qədər baş verəcəyini proqnozlaşdırdığı yeganə münaqişə deyil. O, deyirdi : “Göy baş ağ başa zərər verər. Fransa hər ikisi ilə mübarizə aparacaq”.
Nostradamus Fransanın işğalını proqnozlaşdırdı. Onun bu proqnozu Üçüncü Dünya Müharibəsi kimi şərh edilib.
Bizimyol.info