Yaponiyanın Ankaradakı səfiri Suzuki Kazuhiro Türkiyənin paytaxtında bir restoranda xaşın dadına baxaraq: “Çox dadlıdır, içində nə var” - deyib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Yaponiyanın Ankaradakı səfirliyi rəsmi Youtube hesabından video paylaşıb.
Video “Səfir Suzuki Ankaranı kəşf edir” başlığı ilə yayımlanıb.
Paylaşılan videoda Yaponiyanın Türkiyədəki səfiri Suzuki Kazuhironun kəllə-paçanı daddığı anlar yer alıb.
İHA-nın xəbərinə görə, Suzuki Kazuhiro xaşın dadına baxdıqdan sonra: "Çox ləzzətlidir, bunun içində nə var?" - deyib.