Tarixdə ilk çar rus olmayıb

Tarixdə ilk çar rus olmayıb backend

Çar ifadəsi adətən rus tarixi ilə əlaqələndirilir. Əslində isə belə deyil. Çünki Rusiyada çar anlayışı dünyada yaşamış ilk çardan 6 əsr sonra yaranıb. Slavyan xalqlarının istifadə etdiyi "Çar" sözü Sezar adının qısaldılmış formasıdır.

Qaziler.az Publika.az-a istinadla xəbər verir ki, tarixdən də məlum olduğu kimi, Roma imperatorlarının adları önündə Sezar rütbəsi də olurdu. Bu da onların Sezarın şəcərəsindən gəldiklərini sübut edirdi.

Tarixdə ilk çar isə 9-cu əsrdə yaşamış bolqar hökmdar Böyük Simeon olub. Simeonun hakimiyyəti dövründə bolqarlar böyük nüfuz qazanırlar. Bolqarıstanda çarlar 16-cı əsrədək hökm etsələr də, serb çarının hakimiyyət dövrü cəmi 30 il olur. Rusiyada isə 1547-ci ildə İvan Qroznıy bu titul altında bir sıra ölkələrə hücum edir. 1721-ci ildə isə bu söz imperatorla əvəzlənir.

Diaspora