"Titanik"-dən qalan menyu sentyabrın 30-da hərraca çıxarılacaq. ANS PRESS-in məlumatına görə, bu işlə "Invaluable" ticarət mərkəzi məşğul olur. Söhbət "Titanic" gəmisində son ikinci səhər yeməyinə təşkil edilmiş menyudan gedir. "Titanik" 1912-ci il aprel ayının 15-i Atlantik okeanda Sautqemptondan Nyu-Yorka gedən yolda batıb. İddia edilir ki, hal-hazırda iki-üç belə menyu haqqında məlum var.
Bu tarixi sənəd birinci sinifin sərnişini Avraam Linkoln Salomon tərəfindən qorunub saxlanılıb. Menyunun əks tərəfində sərnişin İsaak Cerald Frauentalyanın imzası var. O, həmin insandır ki, son dəfə Salomonom ilə birlikdə gəmidə ikinci səhər yeməyi sifariş edib.Menyu 14 aprel 1912-ci il tarixinə aiddir. Menyuda sərnişinlərə qoyun əzməsi, duzlanmış ət, kartof püresi, qızardılmış kartof, səkkiz növ pendir və başqa yeməklər təklif olunub.
Hərraca, həmçinin, gəmi qəzası zamanı sağ qamış şəxsin birinə yazılan məktub da çıxarılacaq.