Məşhur mesajlaşma proqramı “WhatsApp” istifadəçinin məxfiliyini artırmaq üçün bir neçə yeni funksiya hazırlayır.
Bunlardan biri istifadəçinin artıq ehtiyac duymadığı qrupları “səssizcə” tərk edə bilməsi ilə bağlıdır. Hazırda çatı istifadəçilərdən biri tərk etdikdə bütün iştirakçılar bununla bağlı məlumatı görürlər. Bu isə bəzi hallarda narahatlığa səbəb olur. Ancaq yeni funksiya ilə istifadəçi ictimai qrupdan sıxılmadan çıxa biləcək.
Bundan əlavə, “WhatsApp” istifadəçilərə mesajların skrinşotlarını çəkməsini qadağan edən funksiya hazırlayır. Artıq bir dəfə baxdıqdan sonra yoxa çıxan “birdəfəlik” ismarışların surətini çıxarmaq mümkün olmayacaq. Şirkət qeyd edib ki, bu funksiya hələlik sınaq mərhələsindədir.
Qeyd edək ki, bundan əvvəl “WhatsApp”da istifadəçilərə telefon nömrələrini qrup üzvlərindən gizlətməyə imkanı verəcək funksiyanın sınaqdan keçirildiyi barədə məlumat verilmişdi. Yeniliyə əsasən, qrupa qoşulduqda istifadəçi onun telefon nömrəsini kimin görəcəyini özü seçə biləcək. İlkin olaraq, nömrə bütün qrup üzvlərindən gizlədiləcək. (oxu.az)
Mənbə: Gazeta.ru