Yapon alimi Kazuye Yamaqaşi şəxsi gigiyena sahəsində inqilabi ixtiraya imza atıb. Onun kəşf etdiyi diş pastası tez və ağrısız şəkildə dişlərdəki çatları və deşikləri tutmağa, həmçinin stomatoloqun köməyi olmadan diş emalını bərpa etməyə imkan verəcək.
Bu pasta tərkibinə görə diş emalını xatırladır və onu dişdə yaranmış çata çəkmək lazımdır. Yeni maddə dişləri təşkil edən əsas element – hidroksil-apatitlə aparılmış çoxsaylı təcrübə nəticəsində əldə edilib.
Əvvəlcə pastanın tərkibindəki oksigen dişin üzərindəki çatı yüngülcə əridir. Lakin üç dəqiqə sonra o kristallaşır və təbii emalın strukturuna birləşərək süni maddə əmələ gətirir. Əlavə etmək lazımdır ki, bu, həm də bakteriayalar əleyhinə əla vasitədir.
Yapon stomatoloqların apardığı təcrübələr təsdiq edir ki, müalicə olunmuş diş sağlam dişdən heç nə ilə fərqlənmir. Həmin fərqi heç mikroskopun köməyi ilə də görmək mümkün deyil.