Fotoda gördüyünüz otaq Niderlandın "Scheveningen" həbsxanasında olan bir məhkumun otağıdır.
Qaziler.az TurpKimi.com-a istinadla bildirir ki, Niderland Avropanın ən az həbs sayına sahib 3-cü ölkəsidir. 2014-2019-cu illər arasında məhkumların azalması səbəbi ilə burada 23 həbsxana bağlanıb. Bu həbsxanalar müvəqqəti sığınacaqlara və hotellərə çevriliblər.
2008-2018-ci illər arasında Niderlandda cinayətlər 40% azalıb. Ölkədəki həbsxanalarda olan insanların yarısının cəzası 1 aylıq cəzalardır.
Bəs bu müsbət dəyişikliyin səbəbi nədir?
Niderlandda xüsusi bir psixoloji reabilitasiya proqramı olan TBS adlı qurum var. Qurumun proqramı xüsusi olaraq cəmiyyətə reinteqrasiya üzərində işləyir. TBS məhkumların psixoloji vəziyyətini araşdırır, onları müalicə etməyə çalışır. Məhkumlar bəzən həbs müddətləri bitdikdən sonra da burada qalmağa və müalicə olunmağa davam edirlər.