“Apple” “iPhone 6 Plus” smartfonlarının bir hissəsini geri çağırır

“Apple” “iPhone 6 Plus” smartfonlarının bir hissəsini geri çağırır backend

“Apple” şirkəti istehsalat qüsuruna görə “iPhone 6 Plus” smartfonlarının bir hissəsini geri çağırır.

İKT.lent.az-ın CNN televiziyasına istinadən verdiyi məlumata görə, müəyyən edilmiş qüsur smartfonların kamerasına aiddir. Belə ki, “iPhone 6 Plus” smartfonları ilə çəkilmiş şəkillər dəqiq alınmır. Qüsurlar əsasən 2014-cü ilin sentyabr ayından bu ilin yanvar ayına qədər istehsal edilmiş və satışa çıxarılmış smartfonlara aiddir. Problemli cihazların dəqiq sayı barədə məlumat yoxdur. Şirkətin rəsmi saytında avadanlığın seriya nömrəsini daxil etməklə, bu məhsulun defekt olub-olmadığını öyrənmək mümkündür.
Diaspora