“Allianz” sığorta cəmiyyətinin analitikləri tərəfindən tərtib edilmiş reytinqdə göstərilir ki, pensiyaçıların sosial təminatı məsələsinin ən uğurlu həlli Niderlandda, Danimarkada və Norveçdə tapılıb. Çexiya isə bu məsələdə öz uğurları ilə o qədər də fəxr edə bilməz.
49 ölkəni əhatə edən reytinq cədvəlində pensiya ödənişlərinin adekvatlıq indeksinə görə Çexiya Respublikası 26-cı yeri tutur. Bu kateqoriyada Xorvatiya, Bolqarıstan və Belçika ondan irəlidədir. Bununla belə, çexiyalı pensiyaçılar müvafiq surətdə, 31-ci və 33-cü yerləri tutan slovakiyalı və polşalı qonşuları ilə müqayisədə daha yaxşı təmin olunublar.Təhlil üçün əsas meyarlar qismində hər bir ölkədə dövlət pensiyası, pensiya sistemi və onların inkişaf proqnozu, qocaların səhiyyə və dava-dərman xərclərinin səviyyəsi götürülüb. Araşdırma Baltikyanı ölkələr, Balkan dövlətləri və Rusiya da daxil olmaqla keçmiş “dəmir pərdə”dən Şərqə doğru yerləşən 14 Avropa dövlətini əhatə edib. Pensiya təminatı səviyyəsinə görə Çexiya həmin dövlətlər arasında orta mövqe tutur