Aprelin 21- də 96 yaşı tamam olan Britaniya kraliçası II Yelizaveta yaxşı fiziki formadadır. Bunun başlıca səbəblərindən biri onun hobbisi olan at çapmasıdır.
Moderator.az xəbər verir ki, bu barədə "Just One Thing" nəşrində həkim- dietoloq Maykı Mosli yazıb.
Doktorun sözlərinə görə, at üstündə tarazlığı saxlamaq üçün praktiki olaraq bütün əzələ qruplardan istifadə etmək lazım gəlir, bu da bədəni möhkəmləndirir. Məhz bu səbəbdən kraliçanın qaməti uzun illər qüsürsuz olub.
"Tarazlıq insana inamla hərəkət etməyə imkan verir, lakin 40-50 yaşdan sonra pisləşir və bu, insanda fiziki cəhətdən özünəinamı azaldır", - Mosli vurğulayıb və əlavə edib ki, atdan mümkün yıxılmaların sayı tarazlığı saxlamaq qabiliyyətini azaldır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, atdan yıxılmalar dünyada bədbəxt hadisədən ölüm hallarının yayılmasında ikinci səbəb hesab edilir. Hətta rəsmi portretində 96 yaşı üçün çəkilən portretdə II Yelizaveta iki ağ at arasında dayanıb.
Britaniyanın "Metro" qəzetinin məlumatına görə, bu portret keçən ay Vindzor qəsrinin ərazisində çəkilib.
Kadr rəmzi məna daşıyır, kraliçanın atları çox sevdiyini, 60 il ərzində onların yetişdirilməsilə məşğul olduğunu və həmişə Böyük Britaniyada təşkil edilən məşhur at şoularını ziyarət etdiyini xatırladır. Kraliçaya məxsus təmiz atlar 5 klassik yarışdan 4-də qalib olub.
İlk atı II Yelizavetaya 4 yaşında valideynləri bağışlayıb. Mosli qeyd edib ki, 4 yaşından at çapan kraliça sonradan həkimlərin tövsiyyəsilə öz hobbisindən əl çəkməli olub, bundan sonra onun hərəkət qabiliyyəti xeyli pisləşib və II Yelizaveta ictimaiyyət qarşısına get-gedə az çıxmağa başlayıb. O, hazırda Vindzor qəsrində yaşayır, bəzən hətta əl arabasında hərəkət edir.