ABŞ Prezidenti Co Bayden növbəti dəfə qəribə vəziyyətə düşüb.
Canlı efirdə çıxışı zamanı yaxınlıqdan uçan quş onun üstünü bulaşdırıb.
ABŞ dövlət başçısının pencəyi bulaşsa da o, özünü itirməyib.
“Ayovada (ABŞ-da ştat) Prezident Baydenin nitqini hətta quşlar da bəyənmədilər... ABŞ-da inflyasiyanın yüksəlişini öz fəaliyyəti ilə yox, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ilə əlaqələndirən Baydenin 25 dəqiqəlik çıxışı zamanı qanadlı tamaşaçı onun mavi kostyumunu buladı”, - deyə sosial şəbəkələrdə yazıblar.
Qeyd olunur ki, Bayden çıxışını bitirib tədbirin qonaqları arasına getdikdən sonra heç kim dövlət başçısına pencəyindəki çirk barədə danışmağa cürət etməyib.