Asteroid 40 milyon insanı məhv edə bilər

Asteroid 40 milyon insanı məhv edə bilər backend

Sentyabrın 15-dən 28-nə qədər olan dövrdə Yer kürəsinə on milyonlarla insanın ölümünə səbəb ola biləcək bir asteroidin düşəcəyi haqqında xəbər yayılıb.

QAZILER.AZ-ın “anspress.com”-a istinadən məlumatına görə, bu haqda İngiltərənin "The Mirror" qəzeti yazıb. Nəhəng səma cisminin ABŞ-ın Puerto-Riko şəhərinə düşəcəyi qeyd edilib. Bildirilib ki, bu cür asteroid Atlantik okeanı boyu 90 metr yüksəkliyində sunamiyə səbəb olacaq. Bu isə İngiltərə, İspaniya, Hollandiya və Amerikanın şərq sahilinin böyük bir hissəsini yerlə yeksan edəcək. Nəticədə 30 milyon insan məhv olacaq, dünyada xaos yaranacaq. Ümumilikdə səma cisminin planetimizlə toqquşması nəticəsində 40 milyon insan həlak olacaq.

"The Mirror" müqayisə üçün bildirib ki, vaxtilə belə nəhəng səma cisminin Yerə düşməsi nəticəsində planetdəki dinozavrlar məhv olub.

Bu xəbər geniş müzakirəyə səbəb olduğu üçün Amerikanın Milli Kosmik Agentliyi (NASA) də bu xəbərə münasibət bildirib. NASA-nın təhlükəli səma cisimlərini araşdıran mütəxəssisi Paul Çodas həmin tarixlərdə Yer kürəsi üçün heç bir təhlükənin olmadığını deyib. "Həmin tarixlərdə hər hansı bir asteroid və ya başqa bir göy cismi dünyaya təhlükə yaratmayacaq", - deyə o bildirib.
Diaspora