Ağcaqanadlardan qoruyan köynək yaradıldı

Ağcaqanadlardan qoruyan köynək yaradıldı backend

İspaniyanın “STINGBye” tekstil şirkəti ağcaqanad, gənə, taxtabiti və başqa həşəratlardan qoruyan futbol köynəkləri istehsal edib. Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, şirkət 4 ilini beynəlxalq laboratoriyalarda texnologiyaların tədqiqatına həsr edib.

Bu ilin iyun ayında köynəklərin birinci partiyası satış üçün İspaniyanın 80 aptekinə çatdırılıb.

Qeyri-adi geyimin tərkibində permetrin maddəsi var ki, bu da həşəratları qovmağa kömək edir.

“STINGBye” artıq İsveçrənin “Sanitized” şirkətindən beynəlxalq keyfiyyət sertifikatı alıb.
Diaspora