Kağız pul ilk dəfə VII əsrdə Çində, Tan sülaləsinin dövründə istifadə olunub. O zaman iri tacirlər öz aralarında inandıqları şəxsin yanında metal sikkə qoymaqla kağız qəbzlə hesablaşırdılar.
X yüzillikdə, Sun sülaləsinin dövründə sikkə üçün mis çatışmayanda bu “kağızlar”dan istifadə daha da möhkəmləndi. Ancaq 1120-ci ildə mərkəzi hakimiyyət özünün kağız pullarını buraxmağa başladı.