Amerikalı alimlər sübut ediblər ki, qlobal istiləşmə qışı qısalda bilər.
Onlar şimal ölkələrinin ağaclarında ilk yarpaqların daha tez görünməsini il ərzində yağışlı günlərin sayının azalması ilə əlaqələndiriblər.
Tədqiqatçıların fikrincə, hər on ildən bir yaz bir-iki gün daha tez gələcək.
Əvvəllər alimlər yazın yalnız temperaturun artması səbəbindən daha tez gəldiyini düşünürdülərsə, indi məlum oldu ki, yağışlı günlərin sayının azalması da bu işə öz töhfəsini verir.
Alimlər iddia edirdilər ki, yağışlı günlərdə adətən səma buludlu olur. Buna görə də bitkilər daha az günəş işığı alır və yarpaq gec böyüyür. Belə günlərin azalması isə əks effekt verir.
Mənbə: naked-science.ru / Oxu.az