Yaponiya sürprizlər ölkəsidir. Burada gözlənilməz rituallara çox rast gəlmək mümkündür. Yapon şagirdlərin tədris mövsümünə apreldə başlayıb martda bitirməsinə də təəccüblənməməyə çalışırsan.
Qaziler.az Bizimyol.info xəbər verir ki, Asiya ölkəsində ibtidai təhsil 6 ili əhatə edir. Məktəblilər bu illər ərzində eyni rəngdə və formada olan, “randoseru” adlanan çantalara dərs ləvazimatlarını yığır. Məktəblərin bir çoxunda qızların randoserusu qırmızı, oğlanların isə qara rəngdə olur. Birinci sinifə gedənlərin əksəri sarı şlyapa taxır.
Məktəblərin hamısında xadimələrin xidmətinə müraciət olunmur. Yəni şagirdlər təmizliyə nəzarət edir. Məktəblilər təhsil ocağında öz ayaqabıları ilə gəzmir. Hər kəs şkafda “uvabaki” adlanın şap-şap saxlayır. Valideynlər də məktəbin daxilində yüngül ayaqqabı ilə hərəkət etməli olur.
İbtidai təhsildən sonra 3 il orta siniflərdə keçirmək lazım gəlir. Burada xüsusi geyim nəzarəti olur. Məsələn, qızlara hətta qışda da “kolqotka” adlandırdığımız alt geyimindən istifadəyə icazə verilmir. Qısa donlar uzun corablarla geyinilməlidir.
Məktəblərdə şagirdlərin xarici görünüşünə xüsusi fikir verilir. Oğlanlara saçını düzəltdirəndə qulağının üstündəki hissəni dərindən götürməyə icazə verilmir. Müəllimlərə bununla bağlı qadağa yoxdur.
Təhsil müəssisələrinin əksərində qızların düz, qara saçlarla gəzməsi təvsiyə olunur. Rəng qoymaqdan söhbət gedə bilməz. Bu məsələyə çox ciddi yanaşılır.
Böyüklər 12 il oxuyur. 10-cu sinfə keçmək üçün imtahan vermək lazım gəlir. Böyük siniflərdə şagirdlərə büdcəni idarə etmək öyrədilir, ailənin vacibliyi təbliğ olunur.
Fənlərin arasında balıqtutmaya, kənd təsərrüfatına rast gəlmək mümkündür. Yaponiyada da universitetə daxil olmaq üçün xüsusi kurslara getməyi vacib sayırlar.
Asiya ölkəsində şagirdlərin sərbəst düşünməsi, fikrini ifadə etməsi çox əhəmiyyətlidir. Məktəblər onları bütün hallarda həyata hazırlamağa çalışır. Bunun üçün intizam ən vacib amillərdən hesab olunur. Yasaqların kökündə də məsuliyyətli vətəndaş yetişdirmək məqsədi dayanır.