30 illik “bir ailə - bir uşaq ” siyasəti Çin hökumətini problemlə qarşılaşdırıb. Bu da əhali arasında sürətlə qocalma və gender tənasübsüzlüyü problemini ortaya çıxarıb.
İndi ölkədəki doğuşa nəzarət edən idarələrdən birinin məmuru hökumətdən ailələrdə ikinci uşağın dünyaya gətirmək kursunu götürməyi təklif edib.Qeyd edək ki, Çində “bir uşaq siyasəti”nin on illərlə davam etməsi əhalidə sürətlə qocalmaya aparıb. Bu da oğlanların qızlar üzərində kəskin üstünlüyü ilə müşayiət olunur. Çünki əksər cütlüklər oğlan uşağı istəyir.
Əhalinin qocalması Çinin pensiya sisteminə yük olur və gender disbalansını pozaraq əksər kişinin qadın axtarışını çətinləşdirir.